Vergi və mühasibatlıq uçotu
Kiçik və orta sahibkarlar üçün mühasibatlıq və vergi uçotunun qanunvericiliyə uyğun aparılmaması ciddi çətinliklərə yol aça bilər. Bu, maliyyə itkilərinə və dövlət qarşısında hüquqi məsuliyyətə səbəb ola bilər.
Xidmətlərimiz
Alış-satış əməliyyatlarının icrası və uçotu
- Alış və satış əməliyyatları ilə bağlı elektron qaimə-fakturaların yoxlanması, tərtib edilməsi, təsdiq və təqdim edilməsi
- Nəzarət kassa aparatı (NKA) və POS-terminal çıxarışlarının yoxlanması
- Daxili və xarici ödənişlərin həyata keçirilməsi və vergitutma məqsədləri üçün uçotun qurulması
Pul vəsaiti əməliyyatlarının icrası və uçotu
- Bank ödənişlərinin icrası, o cümlədən, ödəniş tapşrıqlarının tərtib edilməsi
- ƏDV-nin depozit hesabına ödənilmə, uçotun düzgün aparılması
Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal və materialın uçotu
- Aktivlərin alınması, kapitallaşdırılması (təmir, quraşdırma və digər ilkin xərclərin əsas vəsaitin dəyərinə əlavə edilməsi)
- Amortizasiya hesablanması, təmir xərclərinin uçotu
- Aktivin satışı və ya silinməsi (fiziki yararsızlıq, tam amortizasiya və s.)
Mühasibat və vergi uçotu (1C) və hesabatlılıq
- Qanunvericiliyə uyğun mühasibatlıq və vergi uçotunun aparılması
- Bütün əməliyyatların 1C proqram təminatında düzgün əks etdirilməsi
- Aylıq hesabatların (dövriyyə balans cədvəlinin) izahı ilə yazılı və şifahi şəkildə rəhbərə və ya onun təyin etdiyi səlahiyyətli əməkdaşa təqdim edilməsi