Əmək uçotu və əmək haqqı ilə bağlı audit xidməti

Bir çox sahibkarlıq subyekti kadr kargüzarlığı və əməkhaqqı ilə bağlı iş yükünü optimallaşdırmaq, həmçinin qanunvericilikdən irəli gələn risklərdən qorunmaq üçün peşəkar audit xidmətlərinə müraciət edir. Bu xidmətlər müəssisələrin əməyin tənzimlənməsi və əməkhaqqı ilə bağlı qanuni tələblərə əməl etməsini təmin edir, əməliyyatların düzgünlüyünü yoxlayır və risklərin minimallaşdırılması, effektiv idarəetmənin formalaşdırılması üçün təkliflər təqdim edir.

Audit xidmətinin əhatə dairəsi aşağıdakı sahələri əhatə edir:

Əmək müqavilələri

Müqavilələrin rəsmiləşdirilməsi, müddəti, iş rejimi.

Davamiyyət

İşçilərin davamiyyət cədvəlləri (növbəli və ya cəmlənmiş uçot rejimində).

Məzuniyyət

Məzuniyyət hüququ, əmək məzuniyyətinin müddəti, istifadə qaydaları, hissələrə bölünərək verilməsi və ödəniş mexanizmi, qalıq məzuniyyətlərin uçotu.

Ezamiyyət

Daxili və xarici ezamiyyət əməliyyatlarının aparılması.

Əmək qabiliyyətinin itirilməsi

Xəstəlik vərəqələrinə əsasən müavinətlərin hesablanması.

Əməkhaqqı və digər ödənişlər

Ödənişlərin hesablanma qaydalarının yoxlanılması.

Hesabatlar

Dövlət orqanlarına təqdim edilmiş hesabatların düzgünlüyünün qiymətləndirilməsi.

Risklərin idarə edilməsi

Əmək münasibətləri ilə bağlı əməliyyatların qanunvericiliyə uyğunluğunun yoxlanılması, aşkar edilən uyğunsuzluqlar və riskli əməliyyatlar barədə vergi ödəyicisinə məlumatın və təkliflərin təqdim edilməsi.