Əmək haqqı və digər hesablamaların aparılması

Əməkhaqqı və digər ödənişlərin düzgün və şəffaf şəkildə hesablanması hər bir müəssisənin maliyyə və kadr idarəçiliyinin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən əməliyyatlar əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməli və işçilərlə işəgötürən arasında qarşılıqlı etimadın formalaşmasına xidmət etməlidir.

Aşağıda təqdim olunan xidmətlər əməkhaqqı və digər ödənişlərin hesablanması prosesinin peşəkar şəkildə təşkilini təmin edir:

Bank hesablarının açılması və uçotunun aparılması

İşçilərlə bağlı aylıq tabel cədvəllərinin (növbəli iş qrafiki, artıq iş saatları, qeyri-iş günləri) hazırlanması, əməkhaqqı cədvəlinin tərtib olunması və rəhbərliyə təqdim edilməsi

Əməkhaqqı və digər ödənişlərin hesablanması

Vergi və sosial sığorta tutulmalarının həyata keçirilməsi

Müavinətlərin müəyyən edilməsi və ödənilməsi

Mükafat və əlavələrlə bağlı əmrlərin rəsmiləşdirilməsi və icrası

Verilmiş və veriləcək əməkhaqqılar üzrə cədvəllərin hazırlanması

Avans ödənişlərinin rəsmiləşdirilməsi və uçotunun aparılması