Hüquq xidmətləri
Hüquq xidmətləri müəssisələrin hüquqi risklərini idarə etmək, əməliyyatlarını qanunvericiliyə uyğun tənzimləmək və biznesin dayanıqlılığını təmin etmək üçün vacibdir. Müxtəlif sahələrdə peşəkar hüquqi dəstək, hüquqi mübahisələrin qarşısının alınmasına, müəssisənin fəaliyyətinin düzgün idarə olunmasına və işgüzar münasibətlərin sağlam hüquqi əsasda qurulmasına kömək edir. Hüquq xidmətləri, həmçinin şirkətlərin qarşılaşdığı çətinliklərə effektiv həll yolları təqdim edir və uzunmüddətli müvəffəqiyyətə dəstək olur.
Aşağıda təqdim edilən hüquq xidmətləri müxtəlif hüquqi məsələlər üzrə peşəkar məsləhət və dəstək almağınıza imkan yaradır, biznesin fəaliyyətini daha şəffaf və qanuni şəkildə təşkil etməyə kömək edir:
Müqavilələrin tərtib edilməsi
Bu xidmət çərçivəsində şirkətlərin fəaliyyətini dəstəkləyən alqı-satqı, icarə, xidmət müqavilələri, ticarət nümayəndəsi (agent) müqavilələri, eləcə də məxfi məlumatların qorunması haqqında müqavilələrin peşəkar şəkildə hazırlanması nəzərdə tutulur.
Hüquqi şəxsin yaradılması
Bu xidmət çərçivəsində yeni hüquqi şəxsin təsis edilməsi, mövcud hüquqi şəxs üzərində dəyişikliklərin (təsisçi, qanuni təmsilçi, nizamnamə və s.) həyata keçirilməsi ilə bağlı hüquqi dəstək göstərilir.
Debitor borclarının qaytarılması
Bu xidmət çərçivəsində şirkətin debitor borclarının tələb olunması üçün hüquqi məsləhətlər verilir, pretenziya məktubları hazırlanır, məhkəməyə müraciət olunur və bütün məhkəmə instansiyalarında işlərin izlənməsi təmin edilir.