Təcrübə Proqramları

HR üzrə Təcrübə Proqramı

HR təcrübə proqramı insan resurslarının əsas funksiyaları – işə qəbul, sənədləşmə, əmək qanunvericiliği, kadr uçotu və daxili qaydaların idarə olunması üzrə praktiki biliklərin qazanılmasını hədəfləyir.

Təcrübəçilər real iş mühitində kadr sənədləri ilə işləmə, əmək müqavilələrinin hazırlanması, məzuniyyət qrafiklərinin tərtibi və işçi bazasının idarə olunması kimi bacarıqlarla tanış olurlar.

Mühasibatlıq üzrə Təcrübə Proqramı

Mühasibatlıq sahəsində təcrübə proqramı iştirakçılara ilkin sənədlərlə işləmə, əməliyyatların uçotu, vergi və maliyyə hesabatlarının hazırlanması, 1C və digər mühasibat proqramlarında işləmə bacarıqları qazandırır.

Proqram çərçivəsində praktiki öyrənmə ilə yanaşı, vergi bəyannamələrinin hazırlanması və maliyyə hesabatlarının formalaşdırılması da əhatə olunur.